Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
Bu barədə Xankəndidə Baş Prokuror Kamran Əliyev deyib.
O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb: “Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək”.