BAŞ PLANI HƏYATA KEÇİRMƏK ÜÇÜN BÜDCƏDƏN PULLAR AYRILMALI VƏ ƏKSƏR BİNALAR SÖKÜLMƏLİDİR – EKSPERT

BAŞ PLANI HƏYATA KEÇİRMƏK ÜÇÜN BÜDCƏDƏN PULLAR AYRILMALI VƏ ƏKSƏR BİNALAR SÖKÜLMƏLİDİR – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Baş Planı hazır ola bilər. Ancaq o Baş Planın istifadəsi mümkün deyil. Çünki Bakıda illərdir heç bir norma, plan, qaydalar gözlənilmədən tikintilər aparılır. İndi Baş Planın həyata keçirilməsi üçün Bakıda illərdir tikilməkdə olan yaşayış binaları sökülməlidir.

Bu sözləri Tribunainfo.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə təsdiqlənib. Hər il də yeni Baş Plan hazırdır deyilsə də, ortada bir şey yoxdur:

“Baş Plan hazırlananda təxminən 20-30 illik hazırlanır ki, təxminən bu illər ərzində əhalinin sayı nə qədər arta bilər. Əhalinin artım sayına əsasən həm küçələr, həm nəqliyyat, həmçinin kanalizasiya və su xətləri artıma uyğun olaraq hesablanır.
Sonuncu Baş Plandan sonra çox hadisələr baş verdi. Ermənistandan Azərbaycana gələnlər, onun ardınca işğal olunmuş ərazilərdən gələnlər şəhərdə əhali sayını kəskin artırdı. Hər il deyilir ki, baş plan hazırlanır. Ancaq ortada bir şey yoxdur. Baş plan var idisə bütün tikililər ona uyğun hazırlanmalı idi. Hər qəsəbənin belə öz planı olmalı idi. Varmı belə bir plan? Normalar gözlənilmədən, qaydalar nəzərə alınmadan, bəzən icazəsiz binalar tikilir. Bütün bu tikililər Baş Plana uyğun deyil axı.
Şəhərin planı elə pozulub ki, gərək indi baş planı həyata keçirmək üçün dövlət büdcəsindən milyonlarla pul ayrılsın ki, plana uyğun olmayan bütün tikililər sökülsün”.