Baş pediatrdan uşaqlarla bağlı – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqları dənizə apararkən valideynlər diqqətli olmalıdır.  

Uşaqları dənizə apararkən valideynlər diqqətli olmalıdır. 

Çimərliyə infraqırmızı şüaların çox olduğu vaxtlarda getməsinlər. Əks halda uşaqlarda dəri və baş beyin problemləri yarana bilər.


TİA.AZ xəbər verir ki, bu fikirlərlə respublikanın baş pediatrı Nəsib Quliyev isti yay günlərində uşaqlarda diqqət etməli məqamlar barədə danışarkən deyib. N.Quliyev qeyd edib ki, yayda valideynlərin üzərinə mühüm vəzifə düşür:

“Valideynlər mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər. Ən mühüm məsələlərdən biri uşaqların təmiz su ilə qidalanmasıdır. Qaynadılmamış suyun uşaqlara verilməsi də yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər. Yay fəslində qidaların çeşidi çoxalır. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki, isti havada onların saxlanmasına və soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır. Mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal həkimə müraciət edilməsi zəruridir”.

Pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib.