Xəbər verdiyimiz kimi Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Tribunainfo.az xəbər verir ki, prezidentin digər Sərəncamı ilə Samir Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.
Samir Şərifov 1961-ci ildə anadan olmuşdur.
Təhsili
1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib.
Ailə vəziyyəti
Evlidir, üç övladı var.
İş təcrübəsi
1983 – 1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası), iqtisadçı
1991 – 1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini
1995 – 2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor
2001 – 2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
2003 – 2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri
2006-cı il aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri
Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.
Əflatun