Kembric universitetinin tələbəsi Ronald Koyne oxuduğu təhsil müəssisəsindən qovulub. O, Şotlandiyanın birinci naziri Nikola Stercenin qohumudur.
Kembric universitetinin tələbəsi Ronald Koyne oxuduğu təhsil müəssisəsindən qovulub. O, Şotlandiyanın birinci naziri Nikola Stercenin qohumudur.
Bu barədə İsveçrədə mühacir həyatı yaşayan keçmiş əməkdaşımız Elbəyi Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.
Jurnalist qeyd edir ki, tələbə 20 funtu evsiz bir insanın gözü qarşısında xüsusi əda ilə yandırıb və bu hərəkətini lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Bundan xəbər tutan Kembric universitinin rəhbərliyi tələbəni məktəbdən qovub…
İndi həmin qudurğan gənc günahlarını yumaq üçün evsiz-eşiksiz adamlara təmənnasız olaraq çay, qəhvə, sandiviç paylayır. Çalışır ki, universitetə yenidən bərpa olsun. Hazırda bu mövzu Britaniya mətbuatının gündəmindədir…
TİA.AZ