Böyük Britaniyada baş nazirin müavini Anjela Reyner vergi qalmaqalı səbəbindən istefa verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumatda bildirilir ki, mənzil təsərrüfatı naziri Reyner ikinci ev alarkən vergini az ödədiyini etiraf edib.
Vergi mübahisəsi üzündən Reyner bundan sonra Leyboristlər Partiyasının sədr müavini vəzifəsindən istefa verib. Ekspertlərin araşdırmasına görə, onun ödədiyi vergi nəzərdə tutulandan daha az olub.