Serbiyanın baş naziri Aleksandr Vuçiçin evinin yanında silah anbarı tapılıb. Serbiyanın baş naziri Aleksandr Vuçiçin evinin yanında silah anbarı tapılıb. Ölkənin daxili işlər naziri Neboyşa Stefanoviçin sözlərinə görə, baş nazirin Belqradın Yayintsı rayonundakı evinin yaxınlığında silah avtomobildə gizlədilib. O deyib ki, söhbət qranatomyotdan, bir neçə əl qumbarasından, eləcə də avtomat və snayper tüfəngi üçün nəzərdə tutulan çoxsaylı güllələdən gedir. Stefanoviç qeyd edib ki, silah cinayətkarlar üçün əlverişli yerdə gizlədilib və ondan kimsə istifadə edib aradan çıxa bilərdi. Daxili işlər naziri əlavə edib ki, hazırda baş nazir təhlükəsiz yerdədir.(Modern.az)