Baş naziri güllələyən yazıçı kimdir? – Dosye

Baş naziri güllələyən yazıçı kimdir? – Dosye

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Slovakiyanın Baş naziri Robert Fiko sui-qəsdə məruz qalıb. Onu Levine şəhərinin sakini, 71 yaşlı yazıçı Juraj Cintula hakimiyyətin siyasəti ilə razılaşmadığı üçün güllələyib. Yazıçı Baş nazirə 5 dəfə atəş açıb. Sui-qəsdən sonra Baş nazir əməliyyat olunub və hazırda süni koma vəziyyətindədir.

Tribunainfo.az xəbər verir ki, Baş naziri güllələyən Juraj Cintula həvəskar Slovak yazıçı-şairdir. O, Levan şəhərində 1 mart 1953-cü ildə dünyaya gəlib. O , həyat yoldaşı ilə Levanda yaşayır.
Ukrayna qəzetlərinin yazdığına görə, 1980-ci ildə o, Sovet İttifaqının bir hissəsi olan Vilnüsə köçüb və burada məşhur sovet müğənnisi Raisza Vasilyeva ilə birgə yaşayıb . 2005-ci ildə Göy qurşağı Ədəbiyyat Klubunu yaradıb. O, ən son 2015-ci ildə üç cildlik şeir və iki roman nəşr etdi . 2015-ci ildən Slovakiya Yazıçılar Assosiasiyasının üzvüdür .


Yazmaqla yanaşı, təqaüdə çıxmazdan əvvəl Levandakı ticarət mərkəzində mühafizəçi də işləyib. 2016-cı ildə o, ehtimal ki, narkotikin təsiri altında olan bir gənc tərəfindən döyülüb.
2016-cı ildə o, Levanda “Zorakılığa Qarşı Hərəkat” adlı bir hərəkat qurur. Hərəkatı pariyaya çevirmək istəsə də, bu alınmır. Bu dövrdə o, 2022-ci ildə bağlanan və Rusiyanın ultra-millətçi təşkilatları ilə əlaqəli olan neo-nasist, anti-miqrant təşkilatı Slovenskí Branci ilə əlaqələr qurur.
Onun “Sen rebela” (şeirlər), “İki tipli” (şeirlər), “Osy” (şeirlər) və “Eftata” adlı romanı var.
Nigar