Baş nazir yəhudi təşkilatının prezidenti ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Bney Bris” (Bnai-Brith İnternational) yəhudi təşkilatının prezidenti Hari Saltzmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Bney Bris” (Bnai-Brith İnternational) yəhudi təşkilatının prezidenti Hari Saltzmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, səmimilik şəraitində keçən görüşdə ABŞ ilə Azərbaycan arasında son vaxtlar mövcud olan xoşməramlı münasibətlər fonunda hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub və bunun üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, hələ 19-cu əsrdə yaradılaraq, təkcə Amerika yəhudilərinin deyil, ümumən bəşəriyyətin tərəqqisinə xidmət edən qədim tarixə malik “Bney Bris” təşkilatı geosiyasi şərait və iqtisadi potensial baxımından bölgədə mühüm mövqeyi olan, tolerant və multikultural ənənələrə malik Azərbaycanın ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığının bir çox istiqamətlər üzrə dərinləşdirilməsi üçün əlindən gələn köməyi etməyə hazırdır.

Müstəqillik illərində respublikamızın əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi, mədəni uğurlar barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rəsizadə ölkəmizin qarşısında duran ən ağrılı problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bu barədə qonaqlara ətraflı məlumat verən Artur Rəsizadə bəzi beynəlxalq qurumlarda problemin həllinə ikili standartlarla yanaşıldığını da təəssüflə vurğulayıb. Baş nazir problemin yalnız hüquqi normalar çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri əsasında həllinə dair Azərbaycan hökumətinin prinsipial mövqeyini qonaqların nəzərinə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.