Baş nazir QƏRAR İMZALADIbackend

Baş nazir QƏRAR İMZALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları təsdiq edilib.

Tribunainfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ümumi istifadədə olan dəmiryol nəqliyyatı ilə daşımaların təşkilati və texniki xüsusiyyətləri ilə bağlı bu Qaydalar və tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənməyən məsələlər infrastruktur sahibi və daşıyıcı tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq tənzimlənir.

Yükün daşınması daşıyıcı tərəfindən həyata keçirilir.

Dövlət sirrini təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla, dəmiryol nəqliyyatı ilə yük daşınmasının həyata keçirilməsi üçün yükgöndərən tərəfindən daşıyıcının internet informasiya ehtiyatı üzərindən daşıyıcıya yükdaşıma sifarişi təqdim edilir.

Daşıyıcı (daşıyıcı eyni zamanda infrastruktur sahibi olduğu hallar istisna olmaqla), ona təqdim edilmiş yük daşıma sifarişinə 3 (üç) iş günü müddətində baxır və bu Qaydalarda nəzərdə tutulmuş hallardan hər hansı biri olmadıqda həmin sifarişi razılaşdırmaq üçün infrastruktur sahibinə onun elektron platforma üzərindən göndərir.