BAŞ NAZİR GÖRÜN KİMİ MƏHKƏMƏYƏ VERDİ

BAŞ NAZİR GÖRÜN KİMİ MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Corciya Meloni “Placebo” qrupunun solisti Brayan Molkonun Turində verdiyi konsertdə siyasətçini “faşist, irqçi” adlandırmasından sonra məhkəməyə müraciət edib.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Müğənni sözlərində italyan məmuru təhqir edib. Molkonun tamaşaçılardan tamaşanı çəkməməyi xahiş etməsinə baxmayaraq, həmin anın video lenti internetdə yayılıb.

Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10.000-ə yaxın pərəstişkarına müraciət edib.

Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.

Molkonun sözlərindən sonra yaranan reaksiya qrupun qastrol səfərinin davam edib-etməyəcəyini şübhə altına aldı. Lakin qrup avqustun 1-də İtaliyanın Sassari şəhərində səhnəyə çıxıb.