backend

Baş konsulumuzdan İstanbulda mühüm çıxış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının yaranmasının 99-cu ili və Türkiyə-Azərbaycan arasında diplomatik münasibətlərin 25-ci ildönümü münasibətilə İstanbulda tədbir keçirilib. 

Azərbaycan Respublikasının yaranmasının 99-cu ili və Türkiyə-Azərbaycan arasında diplomatik münasibətlərin 25-ci ildönümü münasibətilə İstanbulda tədbir keçirilib.

TİA.AZ Sputnik-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisinin müavini İsmayıl Gültəkin və çox sayda xarici diplomatlar, hərbçilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan baş konsul Məsim Hacıyev Azərbaycan-Türkiyə münasibətlərinin önəminə toxunub:

“Bir millət, iki dövlət” ifadəsi çox doğrudur. 28 may həm Azərbaycanın Respublika Günü, həm də iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinin 25-ci ildönümüdür. Hər iki ölkənin prezidentlərinin səyi nəticəsində iqtisadi-siyasi, hərbi-mədəni və sosial münasibətlər ən yüksək səviyyəyə çatıb.

Azərbaycan türk investisiyalarının ən önəmli ünvanıdır. Ölkəmiz boru xətləri, qatar yolları layihəsi ilə Asiya və Avropa arasında körpü rolunu oynayacaq”.

Məsim Hacıyev çıxışından sonra Rusiya-Türkiyə-Azərbaycan münasibətləri haqda da danışıb və üçtərəfli ittifaqın bölgədə mühüm rol oynayacağını qeyd edib.