backend

Baş həkim xəstəxananın torpağını satır? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına məxsus torpaq sahəsi sahibkarlara satılır.

TİA.AZ xəbər verir ki, bu barədə AzVision.az-a yerli sakinlər məlumat verib. Bildirilib ki, Lənkəran Xəstəxanasının parkinq ərazisinin bir hissəsi baş həkim tərəfindən satılıb. Hazırda həmin ərazidə aptek və mağaza tikilir.

Sakinlərin bildirdiyin görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib.

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən AzVision.az-a verilən məlumata əsasən satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur. “Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir. Xəstəxananın həyətındən kənar hissəsəyə rəhbərlik cavabdeh deyil”.