Baş həkim icra başçısının müavini təyin olundu

Baş həkim icra başçısının müavini təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

Moderator.az xəbər verir ki, İcra Hakimiyyəti başçısınını müavini, ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymir Səmədov başçsının birinci müavini təyin olunub.

 Digər sərəncamla Ülviyyə Müzəffəfova Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, son təyinata qədər Ülviyyə Müzəffəfova Sumqayıt şəhər 1 nömrəli uşaq poliklinikasının baş həkimi vəzifəsində çalışıb.