Baş direktor vəzifədən azad edildi – Yeni təyinat

Baş direktor vəzifədən azad edildi – Yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin Baş direktoru dəyişib.

Tribunainfo.az xəbər verir ki, ASC-nin Baş direktoru vəzifəsinə Vəliyev Emin Tofiq oğlu gətirilib. O, bu vəzifədə Rəşad Daşdəmirovu əvəzləyib.

Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır. Ötən ay ASC-nin Direktorlar Çurasının tərkibinin yenidən seçilməsi və təsdiqi məsələsi səhmdarlarının növbəti illik ümumi yığıncağında müzakirə edilib.

Hazırda ASC-nin Direktorlar Şurasında sədr vəzifəsində Həşimov Zaur Rafiq oğlu Vəliyev, üzvlər sırasında isə Şükürova Əzizə Balasoltan qızı, Məmmədov Ədalət Qardaşxan oğlu və Qafarova Fatma Surxay qızı təmsil olunur.

İqtisadiyyat.az