BAŞ BANKİRDƏN CİDDİ ANTİNHİSAR GÖSTƏRİŞİ… NƏ DƏYİŞƏCƏK? –EKSPERT AÇIQLADIbackend

BAŞ BANKİRDƏN CİDDİ ANTİNHİSAR GÖSTƏRİŞİ… NƏ DƏYİŞƏCƏK? –EKSPERT AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin 1 N-li rəsmi ödəniş resursu, Hökumət Ödəniş Portalı (HÖP) bağlanacaq. Halbuki onun hazırlanmasına yüz minlərlə dövlət resursu xərclənmişdi. Ancaq istənilən halda, sektorun inkişafı baxımından HÖP-ün bağlanması əhəmiyyəti hadisədir.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, resursun sahibi Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Onun sözlərinə görə, vaxt vardı, MB özünün bu resursuna görə heç kimə imkan vermək istəmirdi ki, hökumət ödənişlərini reallaşdırsın:

“İllər öncə bu sahədə əsil inhisarçı mühit yaratmışdılar. Artıq MB-in sədri Taleh Kazımov onun fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verib. Güman ki, onun hazırlanmasına da yüz minlərlə dövlət resursu xərclənmişdi. Bununla fintex ekosistem daha da inkişaf edəcək”.