Baş ağrılarından xilas olunmaq üçün insanlar müxtəlif vasitələrdən istifadə edir – ağrıkəsici həblər, xalq təbabəti vasitələri, massaj və s.
Baş ağrılarından xilas olunmaq üçün insanlar müxtəlif vasitələrdən istifadə edir – ağrıkəsici həblər, xalq təbabəti vasitələri, massaj və s.
Sizə baş ağrılarını azaldan qeyri-adi üsul haqqında məlumatı təqdim edirik.
İnsanın əllərində (xüsusilə ovuclarında) çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrin insanın bütün orqan və sistemləri ilə sız əlaqəsi var. Bioloji aktiv nöqtələrə təsir etməklə bir çox ağrılardan və s. pozulmalardan xilas olunmaq mümkündür. İynəbatırma, nöqtəvi massaj kimi qədim müalicə üsullarının əsasında məhz bioloji aktiv nöqtələrə olan təsir durur.
Sizə baş ağrılarını azaltmağa kömək edən qədim Çin üsulunu təqdim edirik.
Əllərinizi çox soyuq suya 1-2 dəqiqəyə salın, sonra isə əlləri bir birinə güclü istilik hissi əmələ gələnə qədər tez-tez sürtün. Bunu bir neçə dəfə edin. Barmaqların uclarına xüsusi diqqət edin. Burada olan nöqtələr baş və beyinə “cavabdehdir”.
Tez bir zamanda baş ağrısının azalmasını hiss edəcəksiniz.
(saglamolun.az)