“Atletiko”nun futbolçusu Antuan Qrizmanna yeni müqavilə təklif edib.
Qol.az-ın “Cadena Ser”ə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu fransalı oyunçu ilə 5 illik müqavilə imzalamaq istəyir. O, bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 15 milyon avro qazanacaq. “Barsa”da Luis Suares də eyni məbləğdə maaş alır.
Xəbərdə o da qeyd olunub ki, A.Qrizmann “Barselona”nın təklifini qəbul etməyə hazırdır.
Qeyd edək ki, A.Qrizmannın “Atletiko” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.