“Mədəniyyət toplumu” (Òmnium Cultural) və Kataloniya Milli Birliyi (Assemblea Nacional Catalana) adlı dinc qurumların başında gələn və “İki Jordi” adı ilə tanınan aktivistlər Barselonada etiraz aksiyası keçirib.

Publika.az xəbər verir ki, nümayiş Kataloniyanın iki separatçı liderinin həbs edilməsinə etiraz olaraq təşkil edilib.
Şəhərdəki etiraz aksiyasına qatılan on minlərlə insan şamlarla yürüş edib və “Hamımız Jordilərik” sloqanı səsləndiriblər.
Separatçılıqda ittiham edilən iki təşkilat liderinin 15 ilə qədər həbs cəzasına məhkum ediləcəyi ehtimal edilir.