Barselonada 66 Gürcüstan vətəndaşı saxlanılıb

Barselonada 66 Gürcüstan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan və İspaniya hüquq mühafizə orqanlarının əməkdaşları Barselonada 66 Gürcüstan vətəndaşını saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 Qeyd olunub ki, “Merlin-Taka” adı altında keçirilən genişmiqyaslı əməliyyatda 250 hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Nəticədə 100 nəfərə yaxın şəxs saxlanılıb.

Əməliyyat əsasən Barcelonada kriminal qruplaşmaların yerləşdiyi məktəbdə aparılıb. Saxlanılan şəxslərin 66-sı Gürcüstan vətəndaşlarıdır. Onlardan 25-i oğurluqda, 41 nəfəri isə miqrasiya ilə bağlı qanunları pozmaqda şübhəli bilinərək saxlanılıb.