“Barselona”ya Çempionlar Liqası üçün lisenziya verildibackend

“Barselona”ya Çempionlar Liqası üçün lisenziya verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubuna 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) iştirak üçün lisenziya verilib.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilə yanaşı, La Liqanın ümumilikdə 18 komandası bu hüquqa yiyələnib.

Daha əvvəl “Barselona”nın korrupsiya qalmaqalına görə qitənin bir nömrəli klub turnirindən kənarda qalacağı iddia olunurdu.
Qeyd edək ki, Xavi Ernandesin baş məşqçi olduğu kollektiv hazırda 82 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Barselona” artıq ÇL-ə vəsiqəni təmin edib.