İspaniyanın “Barselona” klubu mövsümün sonunda baş məşqçisi Xavi Ernandeslə yollarını ayıracaq.
Tribunainfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub prezidenti Xuan Laporta mütəxəssisə 2024/2025 mövsümündə əsas komandanın baş məşqçisi olmayacağını bildirib.
Qeyd edək ki, Xavi mayın 26-da “Sevilya” ilə səfər matçından sonra postunu tərk edəcək.