“Valensiya”nın futbolçusu Ceyson Murilyo mövsümün sonuna kimi icarə əsasında “Barselona”da çıxış edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
“Barselona” icarə haqqı olaraq 2 milyon avro təzminat ödəyəcək. Kataloniya təmsilçisi mövsümün sonu 25 milyon avro ödəyərək 26 yaşlı müdafiəçini birdəfəlik ala biləcək.
Qeyd edək ki, mərkəz müdafiəçiləri – Tomas Vermalen və Samuel Umtiti zədələndiyi üçün Kataloniya klubu bu mövqeyə yeni futbolçu alıb.