“Barselona” səfərdə qələbə qazandı, liderliyi qoruyub saxladı

“Barselona” səfərdə qələbə qazandı, liderliyi qoruyub saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Rayo Valekano” komandası öz meydanında 2:3 hesabı ilə “Barselona”ya məğlub olub.

TİA.AZ-ın məlumatına görə, oyun İspaniya Çempionatının 11-ci turu çərçivəsində keçirilib.

“Rayo Valekano”nun heyətində qolları Xose Anxel Poso (35-ci dəqiqə) və Alvaro Qarsiya (57-ci dəqiqə) vurublar. Kataloniyalılardan isə Luis Suares (11 və 90-cı dəqiqələr) və Usman Dembele (87-ci dəqiqə) fərqlənib.

Beləliklə, “Barselona” turnir cədvəlində 24 xalla birincidir, “Rayo Valekano” isə 6 xalla 19-cudur.