Kataloniyanın “Barselona” klubu ötən mövsüm üzrə maliyyə hesabatını açıqlayıb.
Tribunainfo.az -ın xəbərinə görə, klubun yaydığı açıqlamada qeyd olunur ki, ümumi əməliyyat gəlirləri 994 milyon avro, xalis əməliyyat mənfəəti isə 2 milyon avro olub.
Məlumata görə, “Nike” şirkəti ilə sponsorluq müqaviləsindən “Barselona” 259 milyon avro gəlir əldə edir.
Qeyd edək ki, “Barselona” hazırda İspaniya çempionudur. Kataloniya təmsilçisi ötən mövsüm UEFA Çempionlar Liqasının yarımfinalında “İnter”ə məğlub olub.