“Barselona”nın 53 oyunluq seriyası başa çatdı

“Barselona”nın 53 oyunluq seriyası başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın 53 oyunluq qol seriyası başa çatıb.

Tribuna xəbər verir ki, bu, ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Çelsi” ilə matçda gerçəkləşib. Görüş London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Barselona” 53 oyun sonra ilk dəfə bir oyunda qol vura bilməyib. Kataloniya təmsilçisi bunu son dəfə 2024-cü il dekabrın 15-də “Leqanes”ə 0:1 hesabı ilə uduzduqları görüşdə yaşamışdı. O vaxtdan bəri “Barselona” ardıcıl 53 matçda ən azı 1 qol vurub.

Qeyd edək ki, “Barselona” hazırda ÇL-in turnir cədvəlində 7 xalla 15-cidir.