“Barselona”nın hazırda təmir işləri aparılan “Kamp Nou” stadionuna qayıdacağı vaxt bəlli olub.
Klub rəhbərliyi bu ilin sonuna qədər doğma arenaya qayıtmağı planlaşdırır.
“Barca Universal”ın yaydığı məlumata görə, klubun direktorlar şurasının üzvü Elena Fort bu barədə bildirib: “2024-cü ilin sonuna qədər “Kamp Nou”ya qayıtmaq üçün çalışırıq. Bununla belə, planlarımızı dəyişə biləcək amillər də var”.
Bu ilin aprelində “Barselona”nın dekabrın 15-də yenidən qurulan stadiona qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki “Barselona” “Kamp Nou”nun təmiri ilə əlaqədar ev oyunlarını “Stadio Olimpiko”da keçirir. La Liqanın 9 turundan sonra “Barselona” 24 xalla liderdir.