Kataloniya Superkuboku-2019-un qalibi müəyyənləşib.
TİA.AZ qol.az-a istinadən xəbər verir ki, həlledici matçda “Barselona” və “Jirona” qarşılaşıb. Ernesto Valverdenin komandası minimal hesabla uduzub – 0:1.
“Barselona” – “Jirona” -0:1
Qol:Stuani, 69-pen
Qeyd edək ki, 2014-cü ildən La Liqanın turnir cədvəlində ən yüksək pillədə olan 2 Kataloniya klubu arasında keçirilən yarışı 2 dəfə “Barselona”, 1 dəfə “Espanyol” qazanıb. “Jirona”nın isə bu, ilk qələbəsidir.