Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə “Barselona” İngiltərə, Fransa və ya İtaliya çempionatlarında çıxış edə bilər.
Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə “Barselona” İngiltərə, Fransa və ya İtaliya çempionatlarında çıxış edə bilər.
TİA.AZ-ın xəbərinə görə, bu barədə vilayətin idman naziri Jerar Fiqeras bəyan edib.
“Hazırda İspaniya liqalarında digər ölkələrdən çıxış edən komandalara var. Məsələn, Andorradan olan klublar basketbol və futbol çempionatlarında iştirak edirlər. “Monako” Fransada oynayır, İngiltərədə də Uels klublar var. Hesab edirəm ki, UEFA bizim digər ölkədə çıxış etməyimizə qarşı olmayacaq”, – Fiqeras deyib.
Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçiriləcək. İspaniyanın şimal-şərqində yerləşən vilayət ölkədən ayrılmaq istəyir.
“Barselona” Kataloniyanın paytaxt təmsilçisidir. Klub 24 dəfə İspaniya çempionu adını qazanıb, 29 dəfə Milli Kuboka sahib çıxıb və 5 dəfə Çempionlar Liqasının qalib olub. Cari mövsümdə komanda 6 oyundan 18 xalla turnir cədvəlinin lideridir.