“Barselona” hakimlərə rüşvət verib?backend

“Barselona” hakimlərə rüşvət verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Ədliyyə Nazirliyi hakimlərə rüşvət verilməsi ilə bağlı “Barselona”ya qarşı rəsmi şikayət verməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “EL Pais” məlumat yayıb.

Daha əvvəl “Barselona”nın İspaniyanın Hakimlər Komitəsinin keçmiş rəhbəri Enrikes Neqreiraya 2001-2017-ci illərdə Dasnil 95 şirkəti vasitəsilə 1.4 milyon avro pul köçürdüyü bildirilmişdi.

“Barselona”nın prezidenti Joan Laporta kluba qarşı bütün ittihamları rədd edərək, bu ödənişlərin hakim hesabatları sifariş etmək üçün olduğunu qeyd edib. Prokurorluq isə hesabatları təqsirsizliyin sübutu hesab etməyib və keçmiş klub prezident Xosep Mariya Bartomeu, eləcə də “Barselona”ya qarşı korrupsiya ittihamı irəli sürəcək.

La Liqa pozuntuya görə “Barselona”nın aşağı liqaya düşmə və ya xallarının silinməsi ehtimalını istisna etsə də, bunun kluba hansı cəzanı gətirə biləcəyi hələ bəlli deyil.