Barəsində narazılıqlar olan məhkəmə hakimi işdən çıxdı

Barəsində narazılıqlar olan məhkəmə hakimi işdən çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yasamal rayon məhkəməsinin hakimi istefa verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.
MHŞ-nin növbəti iclasında xanım hakimin ərizəsinə baxılacaq. Məlumata görə, A.Mirzəzadə bundan sonra vəkil kimi fəaliyyətini davam etdirəcək.
Qaynarinfo olaraq qeyd edək ki, A.Mirzəzadənin çıxardığı məhkəmə qərarları ilə bağlı vətəndaşlar tərəfindən dəfələrlə narazılıqlar olub.