“Hadisələrin gedişatından belə görünürdü ki, bundan sonra, heç olmasa, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar, bəyanatlar dayanmalıdır”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin məsələni yenidən qabartması mövzunu gündəmə gətirib. “Bakı və Ankaranın tələbi budur ki, Ermənistanla sülh müqaviləsi yalnız bir neçə şərti yerinə yetirilərsə, imzalanacaq”.
Baqratyan deyib ki, hazırdda hadisələr fərqli məcrada inkişaf edir. O qeyd edib ki, bu gün Rusiya və İranı Ermənistana düşmən etmək üçün addımlar atılır. “Əvəzində Azərbaycanla Türkiyəni Ermənistana bir qədər də dostluq etmək fürsəti yaradırlar”.
Keçmiş baş nazir onu da bildirib ki, indi Ermənistanda Zəngəzur dəhlizini dəstəkləməyənlər “ruspərəst” adlandırılır. “İndi vəziyyət belədir: Əgər siz Turan dəhlizinə qarşısınızsa, deməli, rusiyapərəstsiniz. Əgər siz maneəsiz Ermənistan-İran yolunun əleyhinəsinizsə, deməli, “əsl” Ermənistanın mənzərəsini başa düşməmisiniz”.
Fərda Uğur