“Mehri təhvil verildi. Əgər əvvəllər dörd ölkə ilə sərhədimiz var idisə, indi faktiki olaraq üç ölkə ilə qalıb”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş naziri Hrant Baqratyan deyib.
O bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın təsiri altında olan yoldur. “Əgər bu, Ermənistan hakimiyyətinin dediyi kimi, sadəcə bir yoldursa, niyə orada Azərbaycanın imzası var? Əgər Ermənistan ərazisidirsə, Azərbaycan niyə ora imza atıb? Dəhlizi veriblər, İranla sərhədi veriblər”.
Baqratyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamaları ilə Ermənistanın işğalçı olduğunu bildirir. “Onun açıqlamaları Ermənistanın işğalçı olduğunu nümayiş etdirir. Bu adam başını itirib, nə dediyinin fərqində deyil”.
Fərda Uğur