Əmir Hüseyn Abdullahiyanın ölümündən sonra onun vəzifəsini icra edən İranın XİN başçısı Əli Baqeri yaxın günlərdə Bakıya səfərə gələ bilər. Tribunainfo.az xəbər verir ki, bu barədə Tehran hakimiyyətinə bağlı Telegram kanalları məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Baqerinin Azərbaycana səfəri tanışlıq məqsədi daşıyacaq, həmçinin iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində danışıqların aparılmasıdır.
Xatırladaq ki, Əli Baqeri XİN başçısı səlahiyyətlərini aldıqdan sonra Suriya və Livana səfərlər edib. Növbəti səfərin Bakıya edilməsi isə maraqlıdır.