Banqladeşin paytaxtı Dəkkədə tarixi binaların yerləşdiyi ərazidə böyük yanğın meydana gəlib.
Qaynarinfo xəbər verir ki, şəhərin köhnə Dəkkə ərazisində başlayan yanğın digər binalara da keçib. Faciədə 69 nəfər həyatını itirib. Yanğını nəzarət altına almaq üçün 9 saat iş aparılıb. Ölü sayının artacağı istisna edilmir.