backend

Bankomatlar önündə niyə növbələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gündən başlayaraq, Azərbaycan Beynəlxalq Bankının Bakı şəhərində yerləşən bəzi bankomatlarında pul çatışmazlığı özünü göstərir. 

Ötən gündən başlayaraq, Azərbaycan Beynəlxalq Bankının Bakı şəhərində yerləşən bəzi bankomatlarında pul çatışmazlığı özünü göstərir.

 

TiA.AZ xəbər verir ki, əhalinin böyük hissəsinin maaş aldığı ABB-nin bankomatlarındakı bu problem narahatlığa səbəb olub. Hazırda ABB bankomatlarının qarşısında uzun növbələr yaranıb.

 

Məsələ ilə bağlı ABB-nin mətbuat katibi Yadigar Cəfərli deyib ki, artıq problem aradan qaldırılıb:

 

“Bir-iki gün bankomatlarımızda vəsait çatışmazlığı oldu. Ancaq hazırda bütün bankomatlarda kifayət qədər vəsait var. Növbələr isə vəsait olmadığı müddətdə bankomatdan istifadə edə bilməyən müştərilərə görədir. Qısa müddətdə, yəqin ki, günün sonuna qədər artıq bankomatların önündəki növbələr aradan qalxacaq və standart vəziyyət bərpa olunacaq”.