Son 5 ildə əhalinin adambaşına düşən kredit borcu (istehlak və ipoteka) 2 dəfədən çox, kredit hesablarının həcmi isə 3 dəfəyədək artıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı Samir Əliyev paytlaşıb. O bildirib ki, bu müddətdə adambaşına düşən gəlirlərin artımı heç 50% də olmayıb:
“Yəni əhalinin borclanma sürəti onların qazanma sürətini üstələyir. Elə buna görədir ki, 2020-2025-ci (I yarısı) illərdə adambaşına düşən gəlirlərdə kredit borcunun payı 11,2%-dən 17,3%-ə yüksəlib”.
Gülşən Rəsul