Banklarda cəmi depozitlər 16 milyard 410 milyon manat təşkil edib.
Banklarda cəmi depozitlər 16 milyard 410 milyon manat təşkil edib.
TİA.AZ Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, Azərbaycanda fiziki şəxslərin əmanətlərinin 80%-dən çoxu və hüquqi şəxslərin depozitlərinin xeyli hissəsi dollardadır. Qısası, dolların manat qarşısında bahalaşması depozitlərin manat ifadəsində azalmasına səbəb olur. Dekabr ayında dollar manat qarşısında bahalaşsa da, depozitlərin geri götürülməsi artımın əks olunmasına imkan verməyib. Dekabr ayında cəmi depozitlər 480 milyon manat azalıb. Noyabr ayının sonunda 7 milyard 583,8 milyon manat olan fiziki şəxslərin depozitləri isə dekabr ayının sonunda 7 milyard 432,1 milyon manata düşüb. Yəni, fiziki şəxslərin depozitləri 151,7 milyon manat azalıb. Əslində real azalma daha çoxdur, Dollar bahalaşması azalmanın bir hissəsini Manat ifadəsində kompensasiya edib. Ötən ilin dekabr ayında noyabr ayının sonu ilə müqayisədə fiziki şəxslərin müddətli depozitləri 5 milyard 727,6 milyon manatdan 5 milyard 671,2 milyon manata, tələbli depozitlər isə 1 milyard 851,1 milyon manatdan 1 milyard 760,9 milyon manata düşüb.
Dekabrda hüquqi şəxslərin depozitləri isə 328,4 milyon manat azalaraq 9 milyard 306,3 milyon manatdan 8 milyard 977,9 milyon manata geriləyib.