ABŞ vətəndaşı bankın səhvi ucbatından bir gecədə dünyanın ən varlı adamı olub.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yaşayan Darren Ceymsin bank hesabına 50 milyard dollar köçürməsi onu şoka salıb.Baş verənlərdən sonra dünyanın 25-ci ən varlı adamı olan Ceyms bu vəziyyəti həyat yoldaşı ilə paylaşdığını deyib. Yerli mətbuata verdiyi açıqlamada birdən dünyanın ən zəngin insanlarından biri olmağın çılğınlıq olduğunu vurğulayan Ceyms “Bu çılğınlıqdı, həyatımda heç vaxt bu qədər sıfırı bir yerdə görməmişdim”, – deyə bildirib.
Ceyms daha sonra hesabındakı pulun bankla əlaqə saxladıqdan qısa müddət sonra geri alındığını bildirib.