Banka kredit borcu olan şəxslərə ŞAD XƏBƏRbackend

Banka kredit borcu olan şəxslərə ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banka kredit borcu olan şəxsin iş yeri bağlandıqda kredit dondurula və ya irəli çəkilə bilərmi?Ümumiyyətlə belə hallar olduqda bankların müəyyən bir təklifi qaydası varmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu bankların öz mülahizəsi ilə həll olunur.

Ekspertin sözlərinə görə, əslində bu bankı maraqlandırmır. Qanuni nöqteyi-nəzərdən işini itirən, maaşı azalan halda belə bank krediti tələb edə bilər. Krediti ödəmədikdə məhkəməyə verə bilər. Eyni zamanda vətəndaşın əmlakına əl qoya bilər. Təbii ki, əgər əmlakı varsa…

“Ancaq təbii ki, bank müəyyən güzəştlər də edə bilər, vaxt verə bilər, kredit qrafikini dəyişə bilər. Həmçinin aylıq ödənişləri azalda da bilər. Amma bu onun vəzifəsi deyil. Yəni vətəndaş bunu bankdan tələb edə bilməz. Sadəcə olaraq xahiş edə bilər. Bu halda müəyyən güzəştlər mümkündür”.

Dəniz Pənahova