“Bank VTB” vətəndaşın evini əlindən almağa çalışır.
Tribunainfo.az xəbər verir ki, bu məqsədlə bank vətəndaşı məhkəməyə verib. Belə ki, “Bank VTB” Vahabov Elnur Vahab oğlu ilə bağlı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. Bank vətəndaşın mənzildən çıxarılmasını, vətəndaşın mənzildən istifadə hüququna xitam verilməsini tələb edir.
İşə 13 iyun tarixində Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar