TİA.AZ bildirir ki,Sabir Musayev adlı facebook istifadəçisi Bank VTB-dən və məhkəmədən şikayətçidir.Şikayətçinin dediyinə görə o banka olan borcunu bağlasa da Bank VTB onu məhkəməyə verib. Baxmayaraq ki,bank özü onun banka heç bir borcu olmaması haqda ona arayış verib. İndi bank da,məhkəmə də haqsız olaraq vətəndaşı dolaşığa salıblar.Hüquqları pozulan vətəndaş hüquqşünaslardan kömək istəyir.TİA.AZ Sabir Musayevin şikayətini olduğu kimi təqdim edir:
“Hüquqşünaslardan xahiş edirəm aşağıdakı məsələ ilə bağlı rəy bildirsinlər. Deməli, 2015-ci ildə 1-ci devalvasiyadan sonra Bank VTB-dən USD valyutasında götürülən dollar kreditinə zamin durmuşdum. Məlum səbəblərdən kreditin ödənişində bir müddət gecikmələr oldu, lakin sonradan, dəqiq desək 27.10.2017-ci ildə kredit güzəştli məzənnə ilə tam ödənildi. Hətta bank, borcun olmaması barədə aşağıdakı məktubu da verdi. 3-4 gün bundan əvvəl, məlumuz olub ki, 13.11.2017-ci ildə yəni kredit bağlanandan 17 gün sonra Bank bizi məhkəməyə verib. Xəbərim olmadan məhkəmə keçirilib və iş icra şöbəsinə ötürülüb. Bankla danışırıq, deyirlər ki, biz məktubu göndərmişik məhkəməyə, lakin yaddan çıxdığı üçün bir az gec göndərilib. Məhkəmə isə deyir ki, ümumiyyətlə bizə məktub gəlməyib. Hətta icra nümayəndəsi, iddia edir ki, tam ödənişlə bağlı olan sənəd saxtadır və köhnə tarixlə verilib. Maraqlısı isə ondan ibarətdir ki, borcalan özü Suraxanı qeydiyyatıdır və məhkəmə heç onu itirib – axtarmır, məntiqlə belə çıxır ki, VTB bankın göndərdiyi məktub onlara çatıb və müvafiq prosedurlar icra olunub. Yasamal rayon məhkəməsi isə zamin olaraq mənim işimi icra şöbəsinə göndərib”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
İmran
TİA.AZ