“Bank VTB Azərbaycan” ASC mikro kreditlərə təyin etdiyi limiti kəskin azaldıb.
Valyuta.az-ın bankdan əldə etdiyi məlumata görə, mikro biznesini canlandırmaq iddiası ilə təklif edilən kreditin maksimal məbləği 50 min manatdan 15 min manata endirilib. Başqa sözlə, mikro biznesə təklif edilən kreditin maksimal məbləği 3,3 dəfə azaldılıb.
Qeyd edək ki, mikro kreditin müddətin faiz dərəcəsi 18%, müddəti isə 36 aydır. Bank bu mikro krediti onlayn sifarişlə də qəbul edir, həmçinin girovsuz təqdim olunan kredit ünvana da çatdırılır.