“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 20 faizə yaxın azalıb

“Bank VTB Azərbaycan”ın xalis mənfəəti 20 faizə yaxın azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin II rübündə “Bank VTB Azərbaycan”ın xalis mənfəəti 4 milyon 720 min manat olub.

Valyuta.az bu barədə banka istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 27 min manat və ya 17,9 %  azdır. Ötən ilin ikinci rübünü bank 5 milyon 747 min manat xalis mənfəət əldə edib.

Hesabat dövründə bankın faiz gəlirləri 1 milyon 633 min manat və ya 12,1 % artaraq 15 milyon 95 min manat olub. Müştərilərə verilmiş kreditlər 1 milyon 658 min manat, yaxud da 15 % artaraq 12 milyon 747 min manat təşkil edib. Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 1 milyon 315 min manat olub ki, bu da illik müqayisədə 204 min manat və ya 13,4 % azalıb. Bankın banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri olmayıb.

Cari ilin birinci rübündə bankın faiz xərcləri 3 milyon 941 min manat olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 438 min manat, yaxud da 12,5 % çoxdur. Ötən ilin ikincir rübündə bankın faiz xərcləri 3 milyon 503 min manat olub.

Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.