“Bank Standart”da olan əmanətləri qaytarmaq üçün bankın hətta sonuncu qələmi belə satılacaq.
“Bank Standart”da olan əmanətləri qaytarmaq üçün bankın hətta sonuncu qələmi belə satılacaq.
Bu sözləri Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi “Bank Standart”da olan sığortasız əmanətlərin qaytarılması haqda TİA.AZ-a danışarkən deyib. O, yaxın gələcəkdə sığortasız əmanətlərin qaytarılmasının gözlənilən olmadığını bildirib:
“Bankın sığortasız əmanətlərinin qaytarılması üçün onun tam ləğv edilməsi lazımdır. Hazırda bankın bir çox problemli kreditləri var. Əvvəlcə kreditlərin qaytarılması prosesi gedəcək, sonra isə məhkəmə yolu ilə bankın bütün mallarının satılması gerçəkləşəcək. Bundan sonra sığortasız əmanətlər qaytarılacaq”.
Qeyd edək ki, bir müddət əvvəl sığortasız əmanətlərin mart ayında qaytarılması ilə bağlı xəbərlər yayılmışdı.