2024-cü ilin nəticələri göstərir ki, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri Cənubi Qafqazın digər iki ölkəsinin bank sektoruna uduzur və bu, son illər artıq tendensiyaya çevrilib.
Tribunainfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib. O qeyd edib ki, ötən il Gürcüstan bankları $1,1 milyard, Ermənistan bankları $914 milyon xalis mənfəət əldə etdikləri halda Azərbaycanda bu göstərici $614 milyon olub:
“Aktivlərin və kreditləşmənin həcminə gəlincə, Azərbaycan bu göstəricilər üzrə Ermənistanı qabaqlasa da Gürcüstandan geri qalır. Gürcüstan banklarında aktvlərin həcmi $34 milyard, Ermənistanda $27.7 milyard, Azərbaycanda isə $31,2 milyard olub. Kreditləşmənin həcmi isə müvafiq olaraq $21,5 milyard, $15,8 milyard və $16.2 milyard olub. Azərbaycan yeganə olaraq depozitlərin həcminə görə hər iki ölkəni qabaqlayır”.
İqtisadçı bildirib ki, Azərbaycan bankları hətta kapitallaşma səviyyəsinə ($3,9 milyard) görə Gürcüstan ($5,1 milyard) və Ermənistandan ($4,5 milyard) geri qalır:
“Uyğun olaraq ROE və ROA göstəricilərinə görə də uduzuruq.
Məlumat üçün bildirim ki, Azərbaycan iqtisadiyyatı Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyükdür. Azərbaycanda 22, Gürcüstanda 17, Ermənistanda 18 bank fəaliyyət göstərir”.
Nigar