“Bank Respublika”nın xarici valyutadan gəliri 5 milyon manata yaxın azalıbbackend

“Bank Respublika”nın xarici valyutadan gəliri 5 milyon manata yaxın azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Respublika”nın 2023-cü ildə xarici valyuta (məzənnə dəyişmələri daxil olmaqla) gəliri 10 milyon 804 min manat olub.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, ötən il bankın xarici valyutadan daxilolmaları 2022-ci illə müqayisədə 4 milyon 641 min manat, yaxud da 30% azdır.

2022-ci ildə “Bank Respublika”nın xarici valyutadan gəliri 15 milyon 445 min manat olub.

Xatırladaq ki, “Bank Respublika” 2023-cü il ərzində 40 milyon 253 min xalis mənfəət əldə edib. Bu, 2022-ci illə müqayisədə 51,3%, yaxud da 13 milyon 601 min manat çoxdur.

Hesabat dövründə bankın faiz xərcləri 2022-ci illə müqayisədə 18 milyon 912 min manat, yaxud da 35,1% artaraq 72 milyon 709 min manat olub. “Bank Respublika”nın qeyri-faiz xərcləri 14 milyon 902 min manat, yaxud da 16,4% artaraq 105 milyon 647 min manat olub. Bankın hesabat dövründə cəmi xərcləri 178 milyon 356 min manat olub. Bu, illik müqayisədə 23,3%, yaxud da 33 milyon 814 min manat çoxdur.