“BANK RESPUBLİKA” MÜŞTƏRİYƏ PROBLEM YARADIR – ŞİKAYƏTbackend

“BANK RESPUBLİKA” MÜŞTƏRİYƏ PROBLEM YARADIR – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bank Respublika hər ay müəyyən sənədlər var ki, onları göndərmədən pulumu hesabıma köçürmür. Üstəlik hər ay mən Bank Respublikaya zəng eləməliyəm ki, 3-4 gündü qaiməni də, müqaviləni də göndərmişəm, pulumu köçürün.

Tribunainfo.az-ın məlumatına görə, Bank Respublika ilə bağlı şikayətini ictimailəşdirən jurnalist Vüqar Baba bu barədə sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, hər ay bank ondan qaimə tələb edir:

“Müştəri bizə ödəniş etdikdə bankın həmin məbləği hesabımıza köçürmək üçün hər ay bizdən müqavilə və qaiməni bankın emailinə göndərməyimizi istəməsi normaldırmı? Bank Respublika hər ay bu sənədləri ona göndərmədən pulumu hesabıma köçürmür.
Müqaviləni istəməklə müştərinin biznes sirləri, konfidensiallıq filan veclərinə deyil. Üstəlik, hər ay qaimə istəmələri… Müqavilə bankda varsa hər ay niyə qaimə istəyir? Və hər ay mən buradan Bank Respublikaya zəng eləməliyəm ki, 3-4 gündü qaiməni də, müqaviləni də göndərmişəm, pulumu niyə köçürmürsünüz?! Cavab da ya bu olur ki, “bizə gəlməyib” ya da “emailinizi görməmişik”.
Bu nə bankçılıqdı axı?!
Bu cür olmayan, VÖEN hesabı köçürə biləcəyim hansı bankı tövsiyyə edə bilərsiniz?”.