“Bank Respublika”  hakim qarşısında

“Bank Respublika” hakim qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Respublika” ASC kredit götürən müştəri tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, bankla bağlı iddianı Səfərov Əlövsət Ramazan oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı kredit müqaviləsi üzrə yaranmış mübahisə səbəbindən məhkəməyə müraciət edib.

Bakı Kommersiya Məhkəməsində baxılan işlə bağlı ilk proses noyabr ayında baş tutsa da, nəticə əldə edilməyib. Növbəti proses 2025-ci ilin 16 yanvar tarixində təyin edilib. İş hakim Kənan Hüseynovun icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən “Bank Respublika”nın Müşahisə Şurasının sədri Şahir Rəhimovdur. Bankın İdarə Heyətinin sədri isə Tariyel İsmayılovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar