“Bank Respublika” bu xidməti dayandırdı: – kartdan pul çıxılanda bildiriş gəlməyəcəkbackend

“Bank Respublika” bu xidməti dayandırdı: – kartdan pul çıxılanda bildiriş gəlməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Respublika” kart əməliyyatlarına görə “SMS xəbərdarlıq” xidmətini dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müştərilərə kütləvi bildiriş daxil olub.

Bank öz müştərilərinə tətbiq yükləməyi və bildirişləri oradan izləməyi məsləhət görür.

Qeyd edək ki, kart sahibinin indiyədək mədaxil və məxaric əməliyyatları üzrə mobil telefonuna sms xəbərdarlıq alması mümkün olub. Bu xidmətin aylıq abunə haqqı 0.99 manat təşkil edib.

Xidmətin dayandırılması isə bankın müştəriləri (kart sahibləri) arasında narazılıqla qarşılanıb. Bəzi müştərilər bu səbəbdən banka məxsus kartlardan imtina edəcəklərini düşündüklərini ifadə ediblər.